Əsas məzmuna keç

Almaniyada türk toyunda dəm qazından 50-dən çox insan zəhərlənib

Almaniyada türk toyunda dəm qazından 50-dən çox insan zəhərlənib

bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb. Qeyd olunub ki, aprelin 8-də saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) qonaqlardan biri xəstələnib,...

Almaniyanın qərbində şəhərində şənbə günü keçirilən türk toyu zamanı dəm qazından 50-dən çox insan zəhərlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, aprelin 8-də saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) qonaqlardan biri xəstələnib, onun qan dövranında ciddi problemlər yaranıb. Hadisə yerinə gələn təcili yardım briqadası binada dəm qazının konsentrasiyasının artdığını qeydə alıb.

Dərhal hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları gəlib. Qəzetin məlumatına görə, nəticədə 34 nəfər qismən ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb, 20-yə yaxın şəxs özü tibbi yardım üçün müraciət edib.

Ümumilikdə şənlikdə 150-200 nəfər iştirak edib. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. araşdırma aparır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…