Almaniya Daxili İşlər Nazirliyi Berlin-Brandenburq Ali İnzibati Məhkəməsinin qərarından sonra 9 nəfərlik “Müsəlman düşmənçiliyi üzrə Müstəqil Ekspert Qrupu”nun hazırladığı “Müsəlman düşmənçiliyi” ilə bağlı hesabatı internet saytından çıxarıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlik bundan sonra hesabatla bağlı necə hərəkət edəcəyini, hesabatın gələcəkdə dərc edilib-edilməməsinin “Müsəlmanlara qarşı düşmənçilik üzrə Müstəqil Ekspert Qrupu”ndan asılı olduğunu araşdıracaq.
Nazirlik bundan sonra hesabatı “rəsmi açıqlama sayıla biləcək” formada dərc etməyəcək.