Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər Rusiya qazı idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Avropa Şurası Avropa Parlamenti ilə Rusiyadan qaz idxalının mərhələli şəkildə sona çatdırılması barədə razılığa gəlib.
Plan üzrə Rusiya mənşəli LNG 2026-cı ilin sonunda, boru kəməri qazı isə 2027-ci ilin payızında tamamilə qadağan olunacaq.
Rusiyanın Aİ qaz bazarındakı payı oktyabr ayı etibarilə 12 faizə düşüb. Macarıstan, Fransa və Belçika hələ də Rusiya qazı almağa davam edən ölkələr arasındadır.