Operativ Məlumat Mərkəzi

Aİ Rusiya nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaq istəyir

1 dəq
Paylaş:
Aİ Rusiya nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaq istəyir
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin konsulluq işçilərinə, diplomatik...

19-cu anti-Rusiya sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələri təkcə rus diplomatlarının deyil, həm də Rusiya diplomatik missiyalarının bütün işçilərinin blok daxilində hərəkətini məhdudlaşdırmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin konsulluq işçilərinə, diplomatik nümayəndəliklərin və konsulluqların inzibati, texniki və xidmət işçilərinə, habelə onların ailə üzvlərinə şamil ediləcək.

Avropa rəsmiləri hesab edirlər ki, yeni qaydalar təxribatçı fəaliyyətlərin qarşısını almaq və Rusiyanın Aİ ölkələrində apardığı iddia edilən informasiya kampaniyalarına nəzarət etmək üçün tətbiq edilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər