Avropa İttifaqı (Aİ) ölkənin müharibədən sonrakı bərpası, yenidən qurulması və modernləşdirilməsi və Aİ çərçivəsində həyata keçirməyi planlaşdırdığı islahatlar üçün növbəti 4 il ərzində Ukraynaya müntəzəm ödənişləri nəzərdə tutan “Ukrayna Planı”nı təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bugünkü qərardan sonra Aİ Komissiyası 1 milyard 890 milyon avroya qədər ilkin maliyyələşdirməni təmin edəcək, qalan məbləğ isə Ukraynanın üzərinə götürdüyü şərtlərin yerinə yetirilməsindən asılı olaraq veriləcək.
Bəyanatda deyilir ki, bu şərtlərə Ukraynanın çoxpartiyalı parlament sistemi və qanunun aliliyi də daxil olmaqla, effektiv demokratik mexanizmləri dəstəkləməyə və onlara hörmət etməyə davam etməsi, insan hüquqlarına hörmətin təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsi, məhkəmə sisteminin müstəqilliyinə dəstək, dövlət idarəçiliyi islahatları və korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulmasına qarşı mübarizə aparması daxil edilib.
Aİ bundan sonra Ukraynaya müntəzəm vəsait köçürə biləcək
1 dəq
Oxşar xəbərlər
Daxili Siyasət
Bir çox yerlərdə məcburi köçürmələr olacaq - AÇIQLANDI
Müsahibə
“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA
Müsahibə
“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”
Müsahibə