Birləşmiş Ştatlar hazırda Şimali Koreyadan hərbi təhdid əlamətləri görmür, Vaşinqton Şimali Koreyanın hərəkətlərini izləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonha" xəbər agentliyinə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi bildirib.
“Hazırda birbaşa hərbi təhdid əlaməti görməsək də, Cənubi Koreya və yapon müttəfiqlərimizlə sıx məsləhətləşmələr əsasında Şimali Koreyanın Cənubi Koreya və Yaponiyaya qarşı hərbi əməliyyat riskini izləməyə davam edirik”, - deyə rəsmi bildirib.
O, həmçinin Seul və Vaşinqton arasında yaxşı təhlükəsizlik əməkdaşlığını və Yaponiya ilə üçtərəfli əməkdaşlığı vurğulayıb.