Əsas məzmuna keç

276 min manatlıq brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTO

276 min manatlıq brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı...

Hava Nəqliyyatında Baş İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.

Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı məhsullar (Celine, Chanel, Hermes, Dolce & Gabanna, Dior, Burberry, Louis Vuitton, Prada, Loro Piano) və “Bulqari” markalı zərgərlik məmulatları edilib.

Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276.000 AZN təşkil edir. Faktla bağlı araşdırma aparılır.

“Gömrük bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərirlər. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır”-məlumatda qeyd edilib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…