Əsas məzmuna keç

Son bir həftədə təbiətə 90 mindən çox ziyan vuruldu

Son bir həftədə təbiətə 90 mindən çox ziyan vuruldu

Bakı, Gəncə və bölgələrdə ağacların qanunsuz kəsilməsi aşkarlanıb. Ekologiyaya dəyən 90 min manatlıq ziyanla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başladı.

ru en

Dövlət Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərlərində, , Xaçmaz və İsmayıllı rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Dövlət Ekoloji məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Vüsal Məhərrəmov küçəsində, Gəncə şəhəri Gülüstan qəsəbəsi Bülbül küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, Quba rayonu Təngəaltı, Xaçmaz rayonu Çaykənarı və İsmayıllı rayonu Zərnava kəndlərinin ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 90 760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…