Operativ Məlumat Mərkəzi

Xırdalanda avtomobilə qəsdən ziyan vuran şəxs saxlanılıb

1 dəq
Paylaş:
Xırdalanda avtomobilə qəsdən ziyan vuran şəxs saxlanılıb
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələrinin və arxa...

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələrinin və arxa işıqlarının sındırılması, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salınması barədə polisə məlumat verib. O, şikayətində hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalar nəticəsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər