Operativ Məlumat Mərkəzi

2 yaşlı uşaq Mensaya qəbul edildi

1 dəq
Paylaş:
2 yaşlı uşaq Mensaya qəbul edildi
bununla bağlı xarici KİV məlumat yayıb. Həmyaşıdları hələ də bütün əlifbanı öyrənmək üçün mübarizə apararkən, britaniyalı Cozef Harris-Birtil kitabları...

İki yaşlı Cozef Harris-Birtil yüksək zəka səviyyəsinə görə İngiltərədəki Mensaya qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Həmyaşıdları hələ də bütün əlifbanı öyrənmək üçün mübarizə apararkən, britaniyalı Cozef Harris-Birtil kitabları əvvəldən axıra kimi oxuya bilir.

İndi o, Morze əlifbası, yunan hərfləri və dövri cədvəllə maraqlanmağa başlayıb.

Cozef dünyanın ən yüksək zəka səviyyəsinə malik insanlardan ibarət Mensa cəmiyyətinə 2 yaş 182 gün olarkən qəbul edilib və təşkilat tarixinin ən gənc üzvü olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər