Operativ Məlumat Mərkəzi

Zelenski hərbi rəhbərliklə “Taxıl sazişi" və limanların təhlükəsizliyini müzakirə edib

2 dəq
Paylaş:
Zelenski hərbi rəhbərliklə “Taxıl sazişi" və limanların təhlükəsizliyini müzakirə edib

Ukrayna Ali Baş Komandanın Qərargahının iclasında “Taxıl sazişi” və dəniz limanlarının təhlükəsizliyi məsələləri müzakirə olunub.

“Report” xəbər verir ki, toplantıya Ukrayna Prezidenti Volodimir Zelenski sədrlik edib.

“Qərargahın iclasında bir nömrəli məsələ dənizlə taxıl ixracı və limanların təhlükəsizliyi olub. Baş nazirin müavini, Hərbi Dəniz Qüvvələrinin komandiri, təchizatların maddi-texniki təminatı və sahilyanı bölgənin mühafizəsi haqqında məlumat verdilər”, - Ukrayna bildirib.

Onun sözlərinə görə, iclasda naziri İqor Klimenko və Dövlət Xüsusi Rabitə Xidmətinin rəisi Yuri Şçiqolunun Rusiyanın pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə dair məruzələri dinlənilib.

Bundan başqa, iclasda Baş Kəşfiyyat İdarəsi, Ukrayna Xidməti və Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri Rusiyanın planları barədə məlumat veriblər. İclasda Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı, Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Tavriya” -strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavskidən döyüş meydanındakı vəziyyət öyrənilib. Oleksiy Reznikov və Maddi-Texniki Təchizat Qüvvələrinin komandanı Oleq Qulyak mərmilərin tədarükü dinamikası barədə məlumat veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax