Əsas məzmuna keç

Yunanistanda miqrant qayığı qəzasında ölənlərin sayı artıb

Yunanistanda miqrant qayığı qəzasında ölənlərin sayı artıb

Yunanıstan səlahiyyətlilərindən verilən açıqlamada daha 3 nəfərin cəsədinin fəlakətin baş verdiyi bölgədə tapılaraq yarılma üçün Kalamata limanına...

sahillərində qəzasında Yunanıstan sahil mühafizəsinin səhlənkarlığı ilə bağlı iddialar hər gün daha çox dilə gətirilərkən, fəlakətdə həyatını itirənlərin sayı 81-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan səlahiyyətlilərindən açıqlamada daha 3 nəfərin cəsədinin fəlakətin baş verdiyi bölgədə tapılaraq yarılma üçün Kalamata limanına aparıldığı bildirilib.

BBC-nin qlobal gəmi izləmə kəşfiyyat saytı MarineTraffic-in izləmə məlumatlarına əsaslanaraq, qayığın təxminən 7 saatdır dənizdə hərəkətsiz qaldığı iddiası Yunanıstan Sahil Mühafizəsi tərəfindən rədd edilib.

Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada gəminin yaxınlıqdakı 2 tankerdən su və qida əlavəsi almaq üçün cəmi 4,5 saat dayandığı və tədarükdən sonra gəminin aşağı sürətlə 6 mili irəlilədiyi iddia edilib.

Açıqlamada qayığın Yunanıstan səlahiyyətliləri tərəfindən aşkarlanmasından sonra cəmi 30 dəniz mili qət etdiyi iddia edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…