Əsas məzmuna keç

Yaponiyada keçirilən hərracda mavi tuna balığı rekord qiymətə satıldı

Yaponiyada keçirilən hərracda mavi tuna balığı rekord qiymətə satıldı

Yaponiyanın paytaxtında yerləşən Toyosu balıq bazarında keçirilən 2026-cı ilin ilk hərracında mavi üzgəcli tuna balığı 3,2 milyon dollara (təxminən 255...

ru

Tokioda keçirilən yeni il hərracında mavi üzgəcli tuna qiymətə satılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” NHK-yə istinadən xəbər verir ki, Yaponiyanın paytaxtında Toyosu bazarında keçirilən 2026-cı ilin ilk hərracında mavi üzgəcli tuna balığı 3,2 milyon dollara ( 255 milyon rubl) alıcı tapıb.

Məlumata görə, rekord məbləğə satılan 243 kiloqramlıq tuna Aomori prefekturası sahillərində tutulub. Hərrac yanvarın 5-də baş tutub.

Hərracın qalibi olan məşhur suşi restoranları şəbəkəsinin prezidenti Kimura Kiyoşi bildirib: “Bu tuna balığını görəndə sadəcə yanından keçə bilmədim”.

O, qiymətin bir qədər gözlənilməz olduğunu etiraf etsə də, mümkün qədər çox insanın bu eksklüziv tuna balığının dadına baxmasını istədiyini vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…