Operativ Məlumat Mərkəzi

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 13.09.2025

2 dəq
Paylaş:
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 13.09.2025

Sentyabrın 13-ü saat 11:00-a olan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağıntılı davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli və güclüdür.

Yağıntının miqdarı

Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 49, Astarada 26, Yevlaxda 22, Qaxda 18, Şabranda 17, Şəkidə 14, Lənkəranda 13, İsmayıllıda 9, Qusarda 8, Mingəçevirdə 7, Qubada 6, Tovuz, Oğuz, Qrız, Xaltan, Altıağac, Şamaxı, Qəbələ, Lerik, Şahdağ, Ceyrançöl, Tərtər, Bərdə, Yardımlı, Göyçay, Şəmkir, Kürdəmir, Qobustan, Gəncə, , Göygöl, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Bakıda və yarımadasında 5 mm-dək qeydə alınıb.

Sel keçən ərazilər

Yağan intensiv və güclü yağışlar nəticəsində Balakən rayonu ərazisindən keçən Balakənçaydan və Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

Havanın maksimal temperaturu

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, dağlıq rayonlarda 17, Aran rayonlarında və Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax