Operativ Məlumat Mərkəzi

Xoyda onlarla kənddə su yoxdur

2 dəq
Paylaş:
Xoyda onlarla kənddə su yoxdur

əyalətinin bölgəsində onlarla kənddə içməli su qıtlığı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşımlar ediblər.

Onların arasında 800 ailənin yaşadığı Zaviyə Həsənxan kəndinin sakinləri də var.

Onların sözlərinə görə, kənddə içməli su quyusunun olmasına baxmayaraq, müvafiq qurumlar onu istifadəyə hazırlamaq üçün vəsait ayırmaqdan imtina edirlər. Bu səbəbdən insanlar içməli suyu başqa uzaq bölgələrdən satın alaraq gətirtmək məcburiyyətində qalırlar.

Bir neçə gün əvvəl Xoy rayonunun Su və Kanalizasiya İdarəsinin başçısı Yədulla Sultani hazırda bölgənin 62 kəndində su böhranı yaşandığını bildirib.

O, bölgədə mövcud olan su kəmərlərinin 100 kilometrinin köhnəldiyini və bunun əhalinin su təminatında problemlərin artmasına səbəb olduğunu söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax