Əsas məzmuna keç

Rusiyada ayı 84 yaşlı qadına hücum etdi

Rusiyada ayı 84 yaşlı qadına hücum etdi

Rusiyanın Kamçatka yarımadasında ayı hücumuna məruz qalan bir şəxs həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kamçatka bölgəsinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Petropavlovsk-Kamçatski şəhərində bir ayı yerli sakinlərə hücum edib.

Hücum nəticəsində xəsarət alan 84 yaşlı qadının xəstəxanaya çatdırıldığı bildirilib.

“Ayı hücumuna məruz qalan qadın ağır yaralandığı üçün xilas edilə bilmədi”, - açıqlamada qeyd olunub.

Hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb və hücumu həyata keçirən ayı vurularaq öldürülüb.

Qeyd edək ki, bu həftənin əvvəlində Rusiyanın şərqində Saxalin adasında da bir şəxs meşədə ayı hücumuna məruz qalaraq həyatını itirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…