Operativ Məlumat Mərkəzi

Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb

2 dəq
Paylaş:
Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb

Vaşinqtonun hava limanları idarəsinin iki əməkdaşı çayı üzərində baş verən təyyarə qəzasının müşahidə kameralarından əldə video görüntülərinin sızması ilə əlaqədar saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

"Vaşinqtonun paytaxt hava limanları idarəsinin iki əməkdaşı təyyarə və helikopterin toqquşmasını əks etdirən müşahidə kameralarından əldə edilmiş eksklüziv videonun CNN-ə görüntülərinin sızması ilə əlaqədar saxlanılıb", - nəşrdə qeyd olunub.

Telekanalın məlumatına görə, onlar qurumun qeydlərinin icazəsiz surətini çıxarmaqda ittiham olunublar.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. 55 qurbanın şəxsiyyəti müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax