Əsas məzmuna keç

Avqustda temperatur normadan yuxarı olub

Avqustda temperatur normadan yuxarı olub

Ekologiya Nazirliyinin məlumatına görə, paytaxtda anomal istilər qeydə alınıb. Bəs sentyabrda bizi nə gözləyir? İqlim dəyişikliyi ilə bağlı təfərrüatlar.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avqustda Bakıda havanın temperaturu 27 gün normadan yuxarı olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin avqust ayında və yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.

Bakı və Abşeron yarımadasında avqust ayında maksimal temperatur avqustun 9-da 39 dərəcə isti (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə isti (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə isti (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə isti (Şahdağ) olub.

Avqust ayının bəzi günlərində fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba - Qusar zonasına (Şahdağ - 250 mm) və aylıq normanın 305 - 617 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 19 mm, Çilov adası - 26 mm) düşüb.

Avqust ayı ərzində Kəlbəcər rayonunun mərkəzinə və İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu, o cümlədən Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Avqust ayının bəzi günlərində şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.

Hava proqnozu

18° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 18° 15°
  2. Sabah Günəşli 19° 17°
  3. Birisi gün Tutqun 19° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…