Operativ Məlumat Mərkəzi

"Vaqner"in rəhbəri Sankt-Peterburqda Rusiya-Afrika sammitində görünüb

1 dəq
Paylaş:
"Vaqner"in rəhbəri Sankt-Peterburqda Rusiya-Afrika sammitində görünüb
Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Rusiya evi”nin başçısı Dmitri Sıtının yaydığı foto da bunu təsdiqləyib. Fotoda Y.Priqojın Afrika...

Rusiyanın “” Xüsusi Hərbi Şirkətinin qurucusu Priqojın Sankt-Peterburqda keçirilən - sammitinin iştirakçıları arasında görünüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mərkəzi Afrika Respublikasında göstərən “Rusiya evi”nin başçısı Dmitri Sıtının yaydığı foto da bunu təsdiqləyib.

Fotoda Y.Priqojın Afrika dövlətlərindən birinin başçısının əlini sıxır.

Qeyd edək ki, iyunun 24-də Rusiyada qiyama cəhddən sonra onun məskunlaşdığı yer barədə müxtəlif fikirlər səsləndirilib. Hətta onun həbs olunması barədə məlumatlar yayılıb.

“Vaqner” Liviya, Sudan, Somali, Burkino-Faso, Mərkəzi Afrika Respublikası və Malidə çox geniş fəaliyyət göstərib.

Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində ikinci Rusiya-Afrika sammiti keçirilir. Tədbir iyulun 28-də başa çatacaq. Toplantıda Afrikanın 54 dövlətindən 17-si iştirak edir. 2019-cu ildə Soçidə keçirilən birinci sammitdə Afrikanın 43 ölkəsi iştirak etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax