Operativ Məlumat Mərkəzi

ÜST COVID-19-un mənbəyi ilə bağlı araşdırmaları davam etdirir

1 dəq
Paylaş:
ÜST COVID-19-un mənbəyi ilə bağlı araşdırmaları davam etdirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) -19 pandemiyasının yaranma səbəblərini araşdırmağa davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom yaranan təhlükəli patogenlər üzrə Ekspertlərin Elmi Məsləhət Qrupunun (SAGO) iclasında zamanı deyib.

O, xəstəliyin erkən hallarının daha hərtərəfli təhlilinə ehtiyac olduğunu, virusun heyvanlardan insanlara ötürülməsində Uhandakı “Huanan” bazarının rolunu, habelə yoluxmanın ilk alındığı laboratoriyalarda və digər yerlərdə “potensial biotəhlükəsizlik pozuntuları haqqında daha çox məlumat tələb olunduğunu” qeyd edib.

Qebreyesus əmin edib ki, “ÜST COVID-19 pandemiyasının başlanğıcını başa düşmək üçün fəaliyyətini dayandırmayacaq”.

“Bu, təkcə gələcək pandemiyaların qarşısını almağımıza kömək edəcəyi üçün deyil, həm də bu virusdan ölən milyonlarla insana borclu olduğumuz üçün ÜST üçün prioritetdir”, – baş direktor vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax