Operativ Məlumat Mərkəzi

UNICEF: Təxminən 800 min uşaq Qəzzada didərgin düşüb

1 dəq
Paylaş:
UNICEF: Təxminən 800 min uşaq Qəzzada didərgin düşüb

Təşkilatının Uşaq Fondu () İsrailin blokadası və sıx hücumları altında olan Qəzzada 800 min uşağın evindən didərgin düşdüyünü bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə UNICEF-in sözçüsü Elder BMT-nin Cenevrə ofisinin həftəlik konfransında məlumat verib.

Elder bildirib ki, Qəzzada təmiz suya və kanalizasiyaya çıxışın məhdudlaşdırılması davam etdikcə, ölən uşaqların sayında faciəvi artım olacaq.

"İndiyə qədər Qəzzada 5350-dən çox fələstinli uşağın öldürüldüyü bildirilir. Bu, acınacaqlıdır. Təxminən 800 min uşaq Qəzzada köçkün düşüb. Bu, daha çox insan itkisi deməkdir", - deyə rəsmi qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax