"İsrail jurnalistləri hədəf alaraq beynəlxalq müqavilələrə məhəl qoymur".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Livanın informasiya naziri Ziyad əl-Mekari bildirib.
İsrailin "Dünya Televiziya Günü"ndə Əl-Mayadin komandasına hücum etdiyini bildirən Mekari, İsrailin beynəlxalq razılaşmalara məhəl qoymadığını vurğulayıb.
Nazir Mekari qeyd edib ki, İsrail hücumlarında heç bir ayrı-seçkilik etmir.