Əsas məzmuna keç

Əfqanıstan uşaq hüquqları indeksində sonuncu yerdə qərarlaşıb

Əfqanıstan uşaq hüquqları indeksində sonuncu yerdə qərarlaşıb

Niderlandın "KidsRights" fondu tərəfindən hazırlanan 2026-cı il hesabatında Əfqanıstan 194 ölkə arasında ən aşağı pillədə yer alıb.

en ru

Niderlandda fəaliyyət göstərən “KidsRights” fondu və Rotterdamdakı “Erasmus University” tərəfindən “KidsRights Index 2026” hesabatı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəddə dünyada uşaq hüquqlarının təmin olunması sahəsində ciddi problemlərin davam etdiyi qeyd olunur.

Reytinq həyat, sağlamlıq, təhsil, müdafiə və uşaq hüquqları üçün yaradılan şərait olmaqla beş əsas meyar üzrə qiymətləndirmə aparır.

Hesabata əsasən, 194 ölkə arasında 0.214 balla sonuncu – 194-cü yeri tutub. Ölkənin ən zəif göstəricisi “uşaq hüquqları üçün yaradılan şərait” (enabling environment) kateqoriyasında qeydə alınıb və bu sahədə nəticə cəmi 0.010 bal təşkil edib.

Bu kateqoriya qanunvericilik, dövlət büdcəsi, məlumatların şəffaflığı, uşaqların ictimai iştirakçılığı və ayrı-seçkiliyin qarşısının alınması kimi meyarları əhatə edir. Müqayisə üçün bildirilib ki, reytinqə Lüksemburq başçılıq edir, ondan sonra İslandiya və Monako gəlir. Çad isə Əfqanıstandan bir pillə yuxarıda – sondan ikinci qərarlaşıb.

Əfqanıstan rəsmiləri hesabatın nəticələri ilə razılaşmadıqlarını bildiriblər. “Ariana News” agentliyinin məlumatına görə, Əfqanıstan nümayəndəsi Həmdullah Fitrat sənədi “əsassız və reallıqdan uzaq” kimi qiymətləndirib. O, hakimiyyətin ölkədə uşaqların təhsil və səhiyyə hüquqlarının qorunmasına, eləcə də uşaq əməyinin qarşısının alınmasına yönəlmiş qanunların icrasına sadiq qaldığını vurğulayıb.

Bununla belə, beynəlxalq təşkilatlar fərqli mənzərə təqdim edir. BMT-nin Uşaq Fondu () Əfqanıstanda humanitar böhranın davam etdiyini bildirir. Qurumun proqnozlarına əsasən, 2026-cı ildə ölkədə 11.6 milyonu uşaq olmaqla ümumilikdə 21.9 milyon insanın humanitar yardıma ehtiyacı olacaq. Həmçinin, 8.8 milyondan çox uşağın ilə bağlı ən azı üç müxtəlif risklə üz-üzə qaldığı qeyd olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…