Operativ Məlumat Mərkəzi

Türkiyədə küləş yanğını nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB 3

2 dəq
Paylaş:
Türkiyədə küləş yanğını nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB 3

Türkiyənin Diyarbəkir vilayətində ərazidə baş verən yanğında ölənlərin sayı 8-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Cümhuriyyət”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb.

***

Türkiyənin Diyarbəkir vilayətinin , Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" mətbuata istinadən xəbər verir.

Məlumata görə, yanğın zamanı Diyarbəkirdə 3, Mardində 2 nəfər həyatını itirib.

Hadisə zamanı daha 44 nəfər yaralanıb. Əraziyə , və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

***

Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.

Yanğının əhatə dairəsi küləyin təsirindən genişlənib. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Yanğın nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax