Əsas məzmuna keç

Türkiyənin ilk yerli atom saatı uğurla kosmosa göndərilib

Türkiyənin ilk yerli atom saatı uğurla kosmosa göndərilib

Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində hazırlanan və tamamilə yerli imkanlarla istehsal olunan "Rubidyum Atom Saatı" (RAFS) orbitə buraxılıb.

en ru

sənayesində mühüm mərhələni geridə qoyub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyənin sənaye və naziri Mehmet Fatih Kacır Milli Kosmik Proqram çərçivəsində “Rubidyum Saatı”nın (RAFS) uğurla kosmosa göndərildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, kosmik aparatdan artıq ilk siqnal qəbul edilib. Layihə Türkiyə Kosmik Agentliyinin rəhbərliyi, “TÜBİTAK UME”nin baş podratçılığı, “TÜBİTAK UZAY” və “İTÜNOVA”nın əməkdaşlığı ilə həyata keçirilib.

Bildirilib ki, atom saatı yüksək dəqiqliklə zaman ölçmə imkanına malikdir və rubidyum atomunun sabit rezonans tezliyindən istifadə edir. Texnologiya kosmik şəraitdə sınaqdan keçirilərək Türkiyənin rabitə, naviqasiya və peyk sistemlərinin inkişafına töhfə verəcək.

Mütəxəssislərin fikrincə, layihə gələcəkdə Türkiyənin yerli peyk sistemləri və regional mövqeləndirmə texnologiyaları üçün mühüm infrastruktur bazası yarada bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…