Əsas məzmuna keç

Türkiyədə Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb

Türkiyədə Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol xətti ilə axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa şəxsin saxlanıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“8 vilayətdə həyata keçirilən tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, - məlumatda deyilir.

Onun sözlərinə görə, şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.

Saxlanılan şəxslərin , Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları da vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…