Əsas məzmuna keç

Trampa samuray dəbilqəsi hədiyyə edildi

Trampa samuray dəbilqəsi hədiyyə edildi

iki lider arasında görüş ötən həftə Vaşinqtonda baş tutub. Bildirilib ki, hədiyyə ideyası İşibaya yapon hərbi liderindən bəhs edən Amerika serialı...

Yaponiyanın baş naziri İşiba ABŞ prezidenti Trampa qızıl dəbilqəsi hədiyyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Kyodo News" agentliyinə istinadən xəbər verir ki, iki lider arasında görüş ötən həftə Vaşinqtonda baş tutub.

Bildirilib ki, hədiyyə ideyası İşibaya yapon liderindən bəhs edən Amerika serialı “Şoqun”un populyarlığı səbəbindən gəlib.

ABŞ prezidentinin qızılı rəngi bəyəndiyi də vurğulanıb.

Yaponiyanın baş naziri Donald Trampla görüşmək üçün ABŞ-a səfər edən ikinci dünya lideri olub. Vaşinqtona ilk səfər edən İsrail hökumətinin başçısı Benyamin Netanyahu idi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…