Operativ Məlumat Mərkəzi

TDT-nin katiblik binasında bayraqlar yarıya qədər endirilib

2 dəq
Paylaş:
TDT-nin katiblik binasında bayraqlar yarıya qədər endirilib

İstanbulda Təşkilatının (TDT) binasının qarşısındakı yarıya qədər endirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.

Bildirilib ki, Türkiyənin Bolu vilayətində baş vermiş fəlakətli yanğından sonra elan olunmuş milli matəmlə əlaqədar bu gün - 22 yanvar 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının katibliyinin binasında bayraqlar yarıya qədər endirilib.

Məlumatda qeyd olunub ki, bu faciəvi hadisə TDT-yə üzv dövlətləri dərindən kədərləndirib:

“Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirir və bu çətin anlarda onların ağrılarını ürəkdən paylaşırıq. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, bu faciədən çəkən hər kəsə səbr və güc diləyirik”.

Qeyd edək ki, ötən gün Türkiyənin Bolu vilayətində Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər ölüb. Yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax