Operativ Məlumat Mərkəzi

Sumqayıtda şüşə məmulatları sexi yanıb

1 dəq
Paylaş:
Sumqayıtda şüşə məmulatları sexi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” telefon xəttinə şəhəri, Çerkassi küçəsində sexdə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının ümumi sahəsi 2500kv.m olan şüşə məmulatları istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 200kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr