Əsas məzmuna keç

Sumqayıtda şüşə məmulatları sexi yanıb

Sumqayıtda şüşə məmulatları sexi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verib. Bu barədə FHN məlumat...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,bu barədə məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2500kv.m olan şüşə məmulatları istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 200kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…