Əsas məzmuna keç

Yasamalda obyekt yanıb - VİDEO

Yasamalda obyekt yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 225 kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda edilmiş avtomobillərə və tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan obyektin 2-ci mərtəbəsində kafenin plastikdən ibarət pəncərələri deformasiya edib.

Obyektin böyük hissəsi, yaxınlıqda park edilmiş avtomobillər və digər tikililər yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#obyekt#park
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…