Operativ Məlumat Mərkəzi

Rusiyanın Finlandiyadakı keçmiş Baş Konsulluğunun binası söküləcək

1 dəq
Paylaş:
Rusiyanın Finlandiyadakı keçmiş Baş Konsulluğunun binası söküləcək

Finlandiyanın Turku Şəhər Şurası yekdilliklə Rusiyanın keçmiş Baş Konsulluğunun binasının alınması və onun yerində yeni binanın tikilməsi barədə qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.

Şəhər rəhbərliyi “Senat ”dən 1,6 milyon avroya alacaq. Alınan torpaq sahəsi 3,5 min kvadratmetrdir. Buraya 2 min kvadratmetr sahəsi olan Baş Konsulluq binası daxildir.

1974-cü ildə tikilmiş binanın sökülməsinə, yerində yeni binanın tikintisinə razılıq verilib. Şəhər şurası mümkün müraciətlərə baxılmasını gözləmədən alışın davam etdirilməsinə qərar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax