Operativ Məlumat Mərkəzi

Rusiyada "Mi-8" helikopteri radarlardan itib, axtarışlara başlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Rusiyada "Mi-8" helikopteri radarlardan itib, axtarışlara başlanılıb - YENİLƏNİB

Kamçatkada yoxa çıxan “Mi-8T” helikopterinin göyərtəsində 22 nəfər ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İnterfaks” Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) xidmətinə istinadən məlumat yayıb.

“İlkin məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj və 19 sərnişin”, - məlumatda deyilir.

Qurumun məlumatına görə, Vaçkajets vulkanı ərazisindəki ərazidən Nikolayevkaya (Yelizovo hava limanından 17 km cənub-qərbdə yerləşir) uçurdu, lakin təyin olunmuş vaxtda (Moskva vaxtı ilə təxminən saat 07:15) helikopter ekipajı əlaqəyə çıxmayıb.

“Axtarışlar üçün digər “Mi-8” helikopteri havaya qaldırılıb”, - Rosaviasiyadan əlavə edilib.

İnsidenti ilə əlaqədar Kamçatka Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.

***

Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “interfax.ru”ya istinadən xəbərinə görə, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.

Hazırda onun tapılması istiqamətində tədbirlərin görüldüyü bildirilib.

Qeyd edək ki, onun göyərtəsində iki pilot və bir nəfər mühəndis olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax