Əsas məzmuna keç

İŞİD məhbusları Əl-Hol düşərgəsindən qaçdı

İŞİD məhbusları Əl-Hol düşərgəsindən qaçdı

Əl-Hol düşərgəsindən yoxa çıxan minlərlə şəxs Türkiyə və İraqa sızıb. Financial Times-ın şok iddiasına görə, bu böyük firarda yerli qəbilələrin rolu ola bilər.

en ru

Suriyanın şimal-şərqindəki İŞİD terror qruplaşmasının tərəfdarları üçün nəzərdə tutulmuş Əl-Hol həbs düşərgəsindən 20 mindən çox məhbus qaçıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı " Times" qəzetinin mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, son bir ay ərzində Suriya hökumətinin təhlükəsizlik qüvvələri ətraf ərazilərə nəzarət edən kürd qüvvələrini qovduqca, demək olar ki, 24 min məhbus səssizcə çıxıb.

Qəzetin məlumatına görə, düşərgədə saxlanılan minlərlə məhbus hasardan qaçmağı bacarıb və artıq ölkə daxilində səpələnib, bəziləri qanunsuz olaraq İraq və Türkiyəyə çatıb.

Qəzet yazır ki, düşərgədə təxminən 2000 İraq və Suriya vətəndaşı qalıb. Məhbusların qaçmasına kimin kömək etdiyi bəlli deyil.

Bəziləri bunun hökumət rəsmiləri ola biləcəyini deyir, digərləri isə İŞİD ilə əməkdaşlıq edən yerli qəbilələrin köməyini iddia edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…