Operativ Məlumat Mərkəzi

Rusiya XİN başçısı: "ABŞ Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışır"

2 dəq
Paylaş:
Rusiya XİN başçısı: "ABŞ Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışır"

"ABŞ Asiya Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Sergey məlumat yayıb.

Belə ki, Lavrov Rusiyanın paytaxtı Moskvaya səfər edən naziri Ço Son-hui ilə görüşüb. Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov Koreya yarımadasında və ümumilikdə Şimal-Şərqi Asiyadakı problemlərin hərtərəfli və ədalətli həllinin tərəfdarı olduqlarını vurğulayıb.

"ABŞ və ABŞ-ni izləyən ölkələrin regionda Şimali Koreyanın təhlükəsizliyinə təhdid yaratmaq siyasəti müsbət irəliləyişin qarşısını alır. Biz onları gərginliyin artmasına səbəb olan istənilən addımdan əl çəkməyə çağırırıq", - deyə qeyd edib.

Asiya-Sakit Okean bölgəsindəki vəziyyətə də toxunan Lavrov, "ABŞ və müttəfiqləri NATO-nun bu bölgədəki infrastrukturunu gücləndirməyə çalışırlar", - deyə vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax