Operativ Məlumat Mərkəzi

Rusiya FHN: Təxliyə edilən rusiyalıların vəziyyəti ağırdır - YENİLƏNİB

2 dəq
Paylaş:
Rusiya FHN: Təxliyə edilən rusiyalıların vəziyyəti ağırdır - YENİLƏNİB

Qazaxıstanda təyyarə qəzasından sonra Aktaudan təxliyə edilən vətəndaşlarının vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tsentrospas” dəstəsinin anestezioloq-reanimatoloqu Viktor Belinski bildirib.

“Bizim təyyarənin göyərtəsində bütün zərərçəkənlər var. Onların vəziyyətləri ağırdır, lakin onlar daşına bilirlər. Moskvaya uğurlu təxliyə üçün təyyarədə bütün zəruri yardım göstəriləcək”, - o bildirib.

Rusiya FHN-nin İl-76 təyyarəsi Aktaudan havaya qalxıb, təyyarə qəzasında xəsarət alan 9 rusiyalı, o cümlədən bir müalicə üçün Moskvaya çatdıracaq.

***

Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin məlumat yayıb.

“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir uşaq daxil olmaqla, doqquz nəfər var”, - məlumatda qeyd edilib.

Məlumata əsasən, Rusiyanın FHN-nin Təcili Psixoloji Yardım Mərkəzinin bazasında açılmış qaynar xəttin 24 saat fəaliyyəti davam edir. Psixoloqlar, həmçinin Çeçenistanda zərərçəkənlərin və həlak olanların ailələri ilə işləyirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax