Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vladimir Putin Si Cinpinə təşəkkür etdi: Pekin səfərinin detalları

2 dəq
Paylaş:
Vladimir Putin Si Cinpinə təşəkkür etdi: Pekin səfərinin detalları

Prezidenti Vladimir Pekinə rəsmi çərçivəsində Xalq Respublikasının sədri Si Cinpinə təşəkkürünü bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya lideri Çin tərəfinin nümayəndə heyətini səmimi qarşıladığını vurğulayıb.

“Əziz dostumuz, Çin Xalq Respublikasının sədri Si Cinpinə və bütün çinli həmkarlarımıza Rusiya nümayəndə heyətinə göstərilən səmimi qarşılanmaya görə təşəkkür edirəm”, - deyə Putin bildirib.

Məlumata görə, Rusiya Prezidentinin Çinə səfəri protokol baxımından təvazökar olsa da, olduqca isti atmosferdə keçir.

Bildirilir ki, Putin həm hava limanında, həm də Pekinin əsas meydanında gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Həmçinin orkestrin Rusiya liderinin şərəfinə “Moskva gecələri” mahnısını ifa etdiyi qeyd olunub.

Tərəflər Moskva ilə Pekin arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə də davam etdiriləcəyini vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax