Əsas məzmuna keç

Qırmızı göldə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Qırmızı göldə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər...

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi və təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilərək, təcili tibbi yardım briqadasına təhvil verilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…