Əsas məzmuna keç

Neftçi” futbolçusu ilə yeni müqavilə imzalayıb

Neftçi” futbolçusu ilə yeni müqavilə imzalayıb

Paytaxt klubu 23 yaşlı yarımmüdafiəçi Emil Səfərovla əməkdaşlığı davam etdirir. Cenk Sümerin yüksək dəyərləndirdiyi oyunçu ilə imzalanan 2+1 illik sazişin detalları.

ru en

“Neftçi” futbolçusu Səfərovla müqavilənin müddətini uzadıb.

Bakı təmsilçisindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 23 yarımmüdafiəçi ilə yeni 2+1 müqavilə imzalanıb.

2024-cü ildən “ağ-qaralar”ın formasını geyinən Səfərov son 2 mövsümdə bu komanda ilə bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə edib.

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer yeni müqaviləni bu cür dəyərləndirib: “23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək oyunçulardandır.

Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…