Əsas məzmuna keç

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq baxış” paneli keçiriləcək

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq baxış” paneli keçiriləcək

Panel sentyabrın 15-də Bakıda təşkil olunacaq. Tədbirdə Türk Dövlətləri Təşkilatının gələcək əməkdaşlıq perspektivləri və Ankara sammitindən gözləntilər müzakirə ediləcək.

ru en

Sentyabrın 15-də Bakıda “: Ortaq gələcək, ortaq baxış” adlı panel keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, panel seriyası Təşkilatının (TDT) oktyabrın 29-30-da Ankarada keçiriləcək 13-cü Dövlət Başçıları Zirvəsi ərəfəsində üzv və müşahidəçi ölkələrdə təşkil olunur. Astananın ardından Bakı bu silsilənin ikinci ev sahibi olacaq. Tədbirə Türkiyə Prezidentinin Kommunikasiya idarəsinin rəhbəri, professor video-müraciətlə qatılacaq. Panelə Daşkənddəki kommunikasiya müşaviri, professor Mehmet Yücə moderatorluq edəcək.

Müzakirələrdə Türkiyə Prezidentinin baş müşaviri professor Seyit Sertçelik, Milli Məclisinin üzvü doktor Fariz İsmayılzadə, Milliyyətçi Hərəkat Partiyasının baş sədrinin müşaviri professor Esma Özdaşlı, Münasibətlərin Təhlili Mərkəzinin sədri doktor Farid Şəfiyev və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini dosent Nazim Cəfərov çıxış edəcəklər.

Bildirilib ki, panelin əsas məqsədi TDT-nin regional və qlobal miqyasda görünürlüğünü artırmaq, türk dünyasının ortaq baxışını daha geniş auditoriyaya çatdırmaq, eləcə də ölkələr arasında akademik, mədəni, iqtisadi və ictimai əlaqələri gücləndirməkdir. Tədbirdə təhsil, iqtisadiyyat, nəqliyyat, energetika, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində mövcud əməkdaşlığın inkişafı üçün atılacaq addımlar, eləcə də oktyabrda Ankarada keçiriləcək TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsinə dair gözləntilər müzakirə olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…