Operativ Məlumat Mərkəzi

Qəzzada həlak olanların sayı 31 min nəfəri ötüb

1 dəq
Paylaş:
Qəzzada həlak olanların sayı 31 min nəfəri ötüb

hərəkatı ilə İsrail arasında qarşıdurmanın başladığı oktyabrın 7-dən bəri olanların sayı 31 min 112 nəfərə, yaralıların sayı isə 72 min 760 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, ramazan ayının ilk günündə İsrailin döyüş təyyarələri Qəzzanın müxtəlif bölgələrinə hava hücumlarını davam etdirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax