HƏMAS hərəkatı ilə İsrail arasında qarşıdurmanın başladığı oktyabrın 7-dən bəri Qəzza zolağında həlak olanların sayı 31 min 112 nəfərə, yaralıların sayı isə 72 min 760 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, ramazan ayının ilk günündə İsrailin döyüş təyyarələri Qəzzanın müxtəlif bölgələrinə hava hücumlarını davam etdirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.