Operativ Məlumat Mərkəzi

Qəbələ Beynəlxalq Aeroportunda təlim keçirilib

2 dəq
Paylaş:
Qəbələ Beynəlxalq Aeroportunda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi və “ Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Aeroportunda birgə xüsusi təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.

Fövqəladə Hallar Nazirliyi Baş idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimdə FHN-in yerli qurumlarının qüvvə və vasitələri, eyni zamanda “AZAL”ın müvafiq struktur bölmələri cəlb olunub.

Təlim zamanı ssenariyə uyğun simulyasiyalar üzrə uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimə ümumilikdə 58 nəfərdən ibarət şəxsi heyət, 10 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax