Operativ Məlumat Mərkəzi

Qarabağa getmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR

2 dəq
Paylaş:
Qarabağa getmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR

Rəqəmsal İnkişaf və Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi avtobus reyslərinə may ayı üçün 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 721 reys həyata keçirilib, 29361 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax