Qarabağa getmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR

Qarabağa getmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR
25.04.2024 16:44
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 721 reys həyata keçirilib, 29361 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Həftənin ən çox oxunanları

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
DAVAMIN OXU davamın oxu

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
DAVAMIN OXU davamın oxu

Bakıda yerüstü piyada keçidinin inşasına start verilib

Bakıda yerüstü piyada keçidinin inşasına start verilib
DAVAMIN OXU davamın oxu