Əsas məzmuna keç

Sumqayıt-Laçın avtobus reysi açılır

Sumqayıt-Laçın avtobus reysi açılır

AYNA fevralın 23-dən Şuşa, Xankəndi və Xocalıdan keçən yeni marşrutu işə salır. Bilet qiymətləri, hərəkət cədvəli və onlayn sifariş qaydaları ilə tanış olun.

en ru

Fevralın 23-dən etibarən Sumqayıt-Laçın istiqamətində yeni müntəzəm reysi fəaliyyətə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Cədvələ əsasən, avtobuslar hər gün Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Bu istiqamət üzrə gediş haqqı 16,60 manat təşkil edir.

Marşrut üzrə Xocalı, Xankəndi və Şuşa şəhərləri aralıq dayanacaq kimi müəyyən edilib. Qiymətlər isə müvafiq olaraq Sumqayıt-Xocalı – 14,30 manat, Sumqayıt-Xankəndi – 14,80 manat, Sumqayıt-Şuşa – 15,20 manat məbləğindədir.

Biletləri yalnız qaydada, "biletim.az" portalı vasitəsilə əldə etmək mümkündür.

Xatırladaq ki, vətəndaşlar "biletim.az" saytı və ya mobil tətbiqindən bilet alarkən, işğaldan azad edilmiş ərazilərə giriş üçün icazələr avtomatik qaydada təqdim olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…