Operativ Məlumat Mərkəzi

Putinlə Netanyahu arasında telefon danışığı olub

2 dəq
Paylaş:
Putinlə Netanyahu arasında telefon danışığı olub

Prezidenti Vladimir Putin İsrailin Benyamin ilə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Kremlin xidmətinə istinadən xəbər verir ki, Putin və Netanyahu Böyük Qələbənin 80-ci ildönümü münasibətilə bir-birini səmimi təbrik ediblər.

Rusiya prezidenti İsraildə yaşayan veteranlara cansağlığı və rifah arzularını çatdırıb.

İki ölkənin İkinci Dünya müharibəsi hadisələri ilə bağlı həqiqəti müdafiə etmək və onun nəticələrinə yenidən baxmaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı çıxmaq əzmi qeyd edilib. Nasizmin darmadağın edilməsində Qırmızı Ordunun və bütün sovet xalqının həlledici töhfəsi vurğulanıb. Müharibə qəhrəmanlarının, Qələbə uğrunda canlarından keçənlərin xatirəsi həm Rusiyada, həm də 9 Mayın milli bayram olduğu İsraildə müqəddəs şəkildə ehtiramla anıldığı qeyd olunub.

Söhbət zamanı Yaxın Şərq regionundakı vəziyyətin müxtəlif aspektləri və ikitərəfli münasibətlərin aktual məsələləri də müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax