Operativ Məlumat Mərkəzi

Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb

2 dəq
Paylaş:
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian və İsrailin Binyamin ilə danışıqları aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin xidməti məlumat yayıb.

Rusiya lideri İsrail zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib. O həmçinin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və hüququ pozaraq həyata keçirdiyi əməlləri pisləyir.

“Rusiya tərəfi İran nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün səyləri hərtərəfli dəstəkləyib, qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönəlmiş konkret təşəbbüslər irəli sürüb. Rusiya bundan sonra da İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək edəcək”, – mətbuat xidmətinin məlumatında deyilir.

Netanyahu ilə söhbətində Putin danışıqlar prosesinə qayıtmağın və İran nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasını qabaqlamaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Kreml qeyd edib ki, Moskva hazırkı vəziyyətin tənzimlənməsinə yönəlmiş həm Tehran, həm də Təl-Əviv ilə sıx əlaqələri davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax