Operativ Məlumat Mərkəzi

Polşanın hava məkanına daxil olan PUA-lara cavab verildiyini açıqladı

1 dəq
Paylaş:
Polşanın hava məkanına daxil olan PUA-lara cavab verildiyini açıqladı

Polşanın hava məkanına bir pilotsuz aparatının (PUA) daxil olduğunu və bu təxribatlara cavab verildiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

NATO sözçüsü Allison Hart verdiyi açıqlamada bildirib ki, gecə boyunca çox sayda PUA hava məkanını pozub.

Hart bildirib ki, Polşa və NATO hava hücumundan müdafiə sistemləri birgə şəkildə cavab tədbirləri həyata keçirib.

O əlavə edib ki, NATO Mark Rutte bu məsələ ilə bağlı Polşa rəhbərliyi ilə daimi əlaqədədir və yaxın məsləhətləşmələr aparır.

Digər tərəfdən NATO Şurasının Brüsseldəki qərargahında keçirilən həftəlik iclasda bu məsələ müzakirə olunacaq.

Polşa tərəfindən verilən açıqlamada isə sözügedən PUA-ların Rusiyanın Ukraynadakı hədəflərə hücumu zamanı Polşa hava məkanını pozduğu bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax