Əsas məzmuna keç

Peru hava limanında uçuşlar dayandırıldı

Peru hava limanında uçuşlar dayandırıldı

bununla bağlı xarici KİV məlumat yayıb. Səlahiyyətlilər açıqlamasında hava hərəkətini idarə edən qüllənin radar sistemində müvəqqəti nasazlığın olduğunu...

Perunun paytaxtı Limadakı Xorxe Hava Limanında radar nasazlığı bir neçə uçuşun dayandırılmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Səlahiyyətlilər açıqlamasında hava hərəkətini edən qüllənin radar sistemində müvəqqəti nasazlığın olduğunu bildirib.

Hava nəqliyyatını idarə edən dövlət "Corpac" verdiyi açıqlamada nasazlıq səbəbindən protokollarının işə salındığını və ölkə daxilindəki bütün hava limanlarından uçuşların müvəqqəti dayandırılmasının tələb edildiyini açıqlayıb.

Radarın nasazlığı nəticəsində yaranan problem baqaj və qeydiyyat sistemlərinin sıradan çıxmasına, daxili və beynəlxalq uçuşlarda ciddi gecikmələrə səbəb olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…